• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Santa Barbara”nın aktyorunu maşın vurub öldürdü

DÜNYA

24 Noyabr 2026 | 15:21 | Müəllif: Əli Hüseynov

“Santa Barbara”nın aktyorunu maşın vurub öldürdü

ABŞ-nin məşhur “Santa Barbara” serialının aktyoru Larri Poyndekster yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, faciə 66 yaşlı Poyndeksterin Los-Ancelesin Studio-Siti rayonunda yaşadığı evin yaxınlığında yolu keçərkən avtomobil vurması nəticəsində baş verib.

Qəza nəticəsində qabırğaları sınan aktyor xəstəxanaya yerləşdirilib. Həkimlər onu əməliyyata hazırlasalar da, noyabrın 18-də səhər saatlarında aktyor cərrahi müdaxilədən əvvəl dünyasını dəyişib.

Larri Poyndekster karyerası ərzində 100-dən çox televiziya layihəsində rol alıb. O, tamaşaçıların yaddaşında “Santa Barbara”, “Həyatımızın günləri”, “Ümumi xəstəxana”, “Kasl”, “Dəniz polisi: Xüsusi şöbə”, “Xüsusi təyinatlılar” və “Linkoln vəkili” serialları ilə qalıb.

Aktyor kino fəaliyyəti ilə yanaşı, prodüserliklə də məşğul olub. O, 1990-cı illərdə “High Lonesome” kantri musiqi qrupunun vokalisti kimi çıxış edib.

Həmkarları Poyndeksterin istedadlı sənətkar olmaqla yanaşı, gözəl dost, qayğıkeş həyat yoldaşı və ata olduğunu bildiriblər.

Aktyorun “Emmi” mükafatına namizəd olmuş həyat yoldaşı Kerol Kritser və iki oğlu qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026