• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukrayna dronu Türkiyə ərazisinə düşərək partladı

DÜNYA

29 Noyabr 2026 | 19:44 | Müəllif: Əli Hüseynov

Ukrayna dronu Türkiyə ərazisinə düşərək partladı

Ukraynaya məxsus FP-1 kamikadze dronu Türkiyənin şimal-şərqindəki Rize əyalətində qəzaya uğrayıb və partlayıb.

Bakıvaxtı.az xəbər verir ki, PUA Çayeli rayonunda qəzaya uğrayıb. Pilotsuz təyyarənin qəzaya uğraması barədə məlumatı aldıqdan sonra mütəxəssislər axtarış aparıb və ərazini araşdırıblar.

Araşdırma zamanı qəzaya uğrayan obyektin Fire Point tərəfindən istehsal olunmuş Ukrayna istehsalı olan FP-1 kamikadze dronu olduğu müəyyən edilib.

Partlama nəticəsində evlərdən birinin pəncərə şüşəsi zədələnib. Xəsarət alan olmayıb və ciddi ziyan dəyməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026