• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya Kupyanska əlavə qüvvə göndərir

DÜNYA

29 Noyabr 2026 | 18:00 | Müəllif: Subhan Mahmudov

Rusiya Kupyanska əlavə qüvvə göndərir

Rusiya Ukrayna ordusunu sıxışdırıb çıxarmaq məqsədilə Kupyanskdakı qüvvələrinin sayını artırmağa çalışır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Birləşmiş Qüvvələri Qruplaşmasının spikeri Viktor Trequbov deyib.

“Hazırda Xarkov vilayətinin Kupyansk şəhərində 50-100 arası rus əsgəri var. İşğalçılar Ukrayna mövqelərinə hücum etmək üçün şəhərə əlavə qüvvələr cəlb etməyə cəhd göstərirlər”, - Trequbov bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunları əsasən Kupyanskın şimal hissəsində, daha çox azmərtəbəli binaların olduğu ərazilərdə cəmləşib. Şəhər mərkəzində və çoxmərtəbəli yaşayış binaları arasında isə onların sayı xeyli azdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026