Myanma ordusu Moe Bye yaşayış məntəqəsində keçirilən toy mərasiminə hava zərbəsi endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Clash Repоrt” məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində azı 21 nəfər həlak olub. Onlardan beşi uşaqdır.
Toy vətəndaş müharibəsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalmış iki nəfər üçün təşkil olunub.
Şahidlər partlayışdan əvvəl təyyarə səsi eşitdiklərini bildiriblər.
Xilasedicilərin sözlərinə görə, onlar hadisə yerinə çatdıqdan sonra ikinci bomba atılıb.
















