İspaniyada keçirilən növbədənkənar ümumi seçkilərdə yerli vaxtla saat 14:00-a olan məlumata görə, seçici fəallığı təxminən 45,7% təşkil edib.
Bakıvaxtı.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.
İspanlar Deputatlar Konqresinin (aşağı palata) 350 üzvünü və Senatın (yuxarı palata) 209 üzvünü seçirlər.
Qeyd edək ki, İspaniyada növbəti ümumi seçkilər 2027-ci ilə təyin olunsa da, Baş nazir Pedro Sançesin qərarı ilə ölkə növbədənkənar seçkiyə getməli oldu.
















