• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İraqda yeddi Fransa vətəndaşı ömürlük həbs cəzası aldı

DÜNYA

29 Noyabr 2026 | 19:24 | Müəllif: Əli Hüseynov

İraqda yeddi Fransa vətəndaşı ömürlük həbs cəzası aldı

İraqda Bağdad məhkəməsi İŞİD terror təşkilatına qoşulmaqda təqsirləndirilən yeddi Fransa vətəndaşını ömürlük azadlıqdan məhrum edib. Daha iki Fransa vətəndaşına isə 15 il həbs cəzası verilib.

Bakıvaxtı.az "Arab News"a istinadən xəbər verir ki, 2025-ci ildə Suriyadan İraqa təhvil verilən 47 Fransa vətəndaşının məhkəmə prosesi sentyabrda başlayıb.

İndiyədək təqsirləndirilən şəxslərdən 30-u ömürlük, daha beşi isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

İŞİD-in məğlub edilməsindən sonra Fransa hökuməti terror təşkilatının üzvlərinin ailələrindən yüzlərlə nəfəri, əsasən qadın və uşaqları Suriyadan geri qaytarıb. Bununla belə, Fransa İŞİD-in fəaliyyətində aktiv iştirakda ittiham olunan kişilərin əksəriyyətini ölkəyə repatriasiya etməkdən imtina edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026