• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qaqauz başqanlığına seçkilər baş tutmuş hesab oluna bilər

    DÜNYA

    29 Noyabr 2026 | 18:58 | Müəllif: Əli Hüseynov

    Qaqauz başqanlığına seçkilər baş tutmuş hesab oluna bilər

    Qaqauz Yeri Muxtar Ərazi Qurumunun (Moldova Respublikası) başqanlığına seçkilər baş tutmuş hesab oluna bilər.

    Bakıvaxtı.az Moldova Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, yerli vaxtla saat 15:00-a qədər 29 min nəfər və ya səsvermə hüququ olan seçicilərin ümumi sayının 22,5 faizi səsvermədə iştirak edib.

    Beləliklə, seçkilərin etibarlı elan edilməsi üçün tələb olunan minimum iştirak həddi keçilib.

    Mərkəzi Seçki Komissiyasının veb saytındakı məlumatlara görə, yaşlı seçicilər daha çox aktivlik göstəriblər. Saat 14:00-a qədər səs verənlərin 31%-dən bir qədər çoxu 65 yaşdan yuxarı olub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026