• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Cüdoçularımız Avropa Açıq Turnirində qızıl qazandılar

İDMAN

29 Noyabr 2026 | 22:54 | Müəllif: Əli Hüseynov

Cüdoçularımız Avropa Açıq Turnirində qızıl qazandılar

İtaliyanın paytaxtı Romada keçirilən Avropa Açıq Turnirinin ikinci günündə Azərbaycan millisinin üzvləri Şəfəq Həmidova və Aydan Vəliyeva qızıl medal qazanıblar.

Bakıvaxtı.az xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən Şəfəq Həmidova 1/4 finalda Elena Quarduçi, yarımfinalda isə Culiya Qilyoneyə (hər ikisi İtaliya) qalib gəlib. Həlledici qarşılaşmada Almaniya təmsilçisi Sara İşt üzərində qələbə qazanan cüdoçumuz çempion tituluna yiyələnib.

Qeyd edək ki, -52 kq çəkidə mübarizə aparan Aydan Vəliyeva finala gedən yolda italiyalı Aziya Avanzato və Alessandra Rokkonu üstələyib. Təmsilçimiz həlledici görüşdə digər İtaliya idmançısı İlariya Finestronedən üstün olub.

Xatırladaq ki, turnirin ilk günündə Madina Kaisinova (+78 kq) bürünc medala sahib olub.

Beləliklə, millimiz yarışı 2 qızıl və 1 bürünc medalla başa vuraraq 38 ölkə arasında ümumi komanda hesabında üçüncü, qadınlar arasında isə ikinci yeri tutub.

Qeyd edək ki, 261 cüdoçunun iştirak etdiyi turnirdə Azərbaycan 6 qadın idmançı ilə təmsil olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026