• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Abbas Əraqçi: İki günlük planımız hələ də masadadır

    DÜNYA

    29 Noyabr 2026 | 21:25 | Müəllif: Əli Hüseynov

    Abbas Əraqçi: İki günlük planımız hələ də masadadır

    İranın ABŞ ilə danışıqlara dair iki günlük planı hələ də qüvvədədir.

    Bakıvaxtı.az “IRNA“ agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

    A.Əraqçi İranın iki günlük planının hələ də masada olduğunu qeyd edərək deyib: "Bu plan ağlabatan və balanslıdır. İranın tələbləri yerinə yetirilərsə, bu, qısa müddət ərzində Hörmüz boğazının açılmasına və yekun razılaşmaya nail olmaq üçün danışıqların başlanmasına səbəb ola bilər; lakin biz hələ onu həyata keçirmək mərhələsinə çatmamışıq".

    O, İranın tələblərinin qəribə və ya yeni bir şey olmadığını bildirib. “Vasitəçi ölkələr, yəni Qətər və Pakistan səylərini davam etdirirlər və tərəflər arasında bu planın həyata keçirilməsi ilə bağlı mütəmadi olaraq fikir mübadiləsi aparırlar”, - deyə nazir əlavə edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026