• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xalq artistinin səhhəti necədir? - Qızı danışdı

ŞOU

29 Noyabr 2026 | 20:42 | Müəllif: Əli Hüseynov

Xalq artistinin səhhəti necədir? - Qızı danışdı

Xalq artisti, tanınmış diktor Ofeliya Sənaninin səhhətində müəyyən irəliləyiş müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sənətkarın qızı Lalə Sənani Musavat.com-a məlumat verib.

O, anasının hazırda çətinliklə də olsa, yeriyə bildiyini, səhhətinin əvvəlki günlərlə müqayisədə yaxşılaşdığını bildirib:

"Anam indi çətinliklə də olsa, yeriyir. Bu gününə də şükür edirik. Əməliyyat olunandan bir müddət sonra onu yenidən xəstəxanaya yerləşdirdik. Xəstəxanadan yeni çıxarmışıq. Təzyiqində az da olsa, normallaşma var. Əvvəlki günlərlə müqayisədə vəziyyəti yaxşıdır".

Xatırladaq ki, Ofeliya Sənani bir müddət əvvəl küçədə gəzərkən yıxılaraq bud nahiyəsindən xəsarət alıb. Hadisəyə onun arterial təzyiqinin yüksəlməsinin səbəb olduğu bildirilir. Xalq artisti aldığı xəsarətlə əlaqədar əməliyyat olunub və əməliyyat zamanı ona implant yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026