• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Quş sürüsü ilə toqquşan təyyarə Düsseldorfa qayıtdı

DÜNYA

29 Noyabr 2026 | 21:37 | Müəllif: Əli Hüseynov

Quş sürüsü ilə toqquşan təyyarə Düsseldorfa qayıtdı

"Lufthansa"nın törəmə şirkəti olan "Eurowings" tərəfindən idarə olunan Airbus A321 təyyarəsi quşun sürüsü ilə toqqşuma səbəbindən uçuşdan qısa müddət sonra Düsseldorf hava limanına qayıdıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə təyyarə İspaniyanın Tenerife adasına gedərkən baş verib.

"Eurowings" nümayəndəsi bildirib ki, heyət mühərriklərdən birində titrəmə hiss edib və təhlükəsizlik səbəbi ilə uçuş hava limanına qayıtmaq qərarına gəlib.

"EW9558" reysinin göyərtəsində 152 sərnişin olub. Təyyarə Düsseldorfda təhlükəsiz şəkildə eniş edib və hazırda texniki yoxlamadan keçir. Aviaşirkət sərnişinlərə səyahətlərinin davam etdirilməsi üçün başqa bir təyyarə təqdim edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026