Bakıdan Təl-Əvivə gedən təyyarə geri qaytarılıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Azərbaycandan İsrailə uçan AZAL təyyarəsi İsrailin diplomatik münasibətləri olmayan Tunisdən gələn heyət üzvünün göyərtədə aşkarlanmasından sonra təyyarə hava limanına qayıtmaq məcburiyyətində qalıb.
Məlumata görə, təyyarə uçuşa başladıqdan sonra pilotlardan birinin Tunis vətəndaşı olduğu barədə məlumat alınıb. Milli Təhlükəsizlik Şurası Nəqliyyat Nazirliyinə məlumat verərək təyyarənin İsrail hava məkanına daxil olmasının qadağan edilməsini əmr edib. Bu məlumat dərhal Azərbaycan aviaşirkətinə ötürülüb.
Təyyarə Bakıya qayıtdıqdan sonra pilot dəyişdirilib və yenidən İsrailə uçuş gerçəkləşib.
















