• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib

İDMAN

24 Noyabr 2026 | 20:26 | Müəllif: Subhan Mahmudov

"Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda Bakıda "Sabah" klubu ilə üz-üzə gələcək İspaniya təmsilçisi "Barselona" oyundan əvvəl məşqə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Hans-Diter Flikin komandasının Bakı Olimpiya Stadionunda gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.

Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif təmrinləri yerinə yetiriblər.

Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya stadionunda, saat 21:45-də start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026