Türkiyənin “Leyla: Hayat... Aşk... Adalet...” serialı Beynəlxalq “Emmy” mükafatına layiq görülüb.
Bakıvaxtı.az xəbər verir ki, ekran işi 54-cü Beynəlxalq “Emmy” mükafatlarının “Ən yaxşı telenovela” nominasiyasında qalib olub. Nyu-Yorkda keçirilən mərasimdə mükafatı layihənin prodüseri Kerem Çatay və rejissoru Hilal Saral qəbul ediblər.
Serialın baş rollarını Cemre Baysel, Alperen Duymaz və Gonca Vuslateri canlandırıb. Ekran işində həmçinin Yiğit Kirazcı, Halil İbrahim Ceyhan, Zeyno Eracar və digər aktyorlar rol alıblar.
Qeyd edək ki, serial 2024-cü ildə yayımlanıb və 40 bölüm davam edib. Reytinqlərin gözləniləndən aşağı olması səbəbindən ekran işi final edib.
















