Türkiyəli müğənni Asena Özçetin vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, ifaçı 53 yaşında dünyasını dəyişib.
İlkin məlumatlara əsasən, Asena yol qəzasında həyatını itirib. Qəzanın başvermə şəraiti ilə bağlı ətraflı məlumat açıqlanmayıb.
Qeyd edək ki, ifaçı 2009-cu ildə “Uçurumlar Arasında” adlı solo albomunu təqdim edib.















