Amerikalı müğənni Mayli Sayrus musiqiçi Maks Morando ilə evlənib.
Bakıvaxtı.az xəbər verir ki, “People” nəşrinin məlumatına görə, toy mərasimi noyabrın 21-də Kaliforniyanın Palm-Sprinqs şəhərində, şəxsi mülkdə keçirilib.
Hovuzun yaxınlığında təşkil olunan mərasimdə cütlük ağ çiçəklərlə bəzədilmiş tağın altında nikah andı içib. Şənlikdə yaxınları və dostları da daxil olmaqla, təxminən 140 nəfər iştirak edib.
Mayli Sayrus və Maks Morando 2021-ci ildə münasibətə başlayıblar. Cütlük 2025-ci ilin dekabrında nişanlandıqlarını açıqlayıb. Morando müğənniyə Yaponiyaya birgə səfərləri zamanı evlilik təklifi edib.
Qeyd edək ki, 33 yaşlı müğənninin bu, ikinci evliliyidir. O, 2018-ci ilin dekabrında aktyor Liam Hemsvortla ailə qurub. Lakin cütlük 2019-cu ilin avqustunda ayrıldıqlarını açıqlayıb və 2020-ci ilin yanvarında rəsmi olaraq boşanıb.















