• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İran Bəhreyndəki 2 ABŞ hərbi bazasına hücum edib

DÜNYA

22 Noyabr 2026 | 12:14 | Müəllif: Günəş Mərd

İran Bəhreyndəki 2 ABŞ hərbi bazasına hücum edib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Bəhreyndə yerləşən iki ABŞ hərbi bazasına hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, hücumlar Ər-Rifa və Avalli bazalarında yerləşən iki “Patriot” hava hücumundan müdafiə radarını hədəf alıb.

Bəhreyn Daxili İşlər Nazirliyi isə sosial şəbəkələrdə İranın hücumu nəticəsində mülki sənaye müəssisəsində yanğın baş verdiyini açıqlayıb. Mülki müdafiə qüvvələri yanğının söndürülməsinə cəlb olunub.

İlkin məlumata görə, hadisə nəticəsində maddi ziyan qeydə alınıb, lakin ölən və yaralanan olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026