“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in 1/8 final mərhələsinin ilk oyununda “Kolumbus Kryu”nun futbolçusu Qonsalo Tapianın üzünə top atıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Tapianın Messinin topu meydandan tez çıxarmasına mane olmasından sonra baş verib.
Argentinalı futbolçu bu hərəkətinə görə sarı vərəqə ilə cəzalandırılıb. Qarşılaşma “Kolumbus Kryu”nun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Tapia matçda iki qol vurub.
















