• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib

İDMAN

21 Noyabr 2026 | 17:05 | Müəllif: Əli Hüseynov

"Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib

Misli Premyer Liqasının XII turunda "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib.

Bakıvaxtı.az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda keçirilən matçda Tovuz təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Qolları 34-cü dəqiqədə Joarlem Santos, 88-ci dəqiqədə isə İbrahima Vadji rəqib qapısından keçiriblər. Bu nəticədən sonra "Turan Tovuz" turnir cədvəlində 24 xalla üçüncü pillədə qərarlaşıb. 14 xala malik "Şamaxı" isə 7-cidir.

Günün ikinci duelində "Şəfa" "Qəbələ"ni qəbul edəcək. "SOCAR Polymer Arena"da təşkil olunacaq görüş saat 17:00-da başlanacaq.

Xatırladaq ki, XII turun ilk oyun günündə "İmişli" "Zirə" ilə heç-heçə (2:2) edib. "Sabah" isə səfərdə "Sumqayıt"a (5:1) qalib gəlib. Tura noyabrın 22-də yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026