• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

AB Şurası Ukraynaya 1 milyard avro yardım ayırdı

DÜNYA

20 Noyabr 2026 | 20:33 | Müəllif: Subhan Mahmudov

AB Şurası Ukraynaya 1 milyard avro yardım ayırdı

Avropa Birliyi (AB) Şurası Avropa Sülh Fondu (EPF) çərçivəsində Ukraynaya 1 milyard avro məbləğində yeni hərbi yardımın verilməsi barədə qərar qəbul edib.

Bakıvaxtı.az AB Şurasının bəyanatına istinadən xəbər verir ki, vəsaitlər Ukrayna ordusu üçün silahların birgə satınalınmasına yönəldiləcək.

Yardım paketi pilotsuz uçuş aparatlarının, hava hücumundan müdafiə (HHM) vasitələrinin, döyüş sursatlarının, radioelektron mübarizə avadanlıqlarının, radiolokasiya sistemlərinin və partlayıcı maddələrin tədarükünü nəzərdə tutur. Tədarüklərin 2027-ci ilin sonunadək həyata keçirilməsi planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR