• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Vəziyyətimiz heç də yaxşı deyil" - Pezeşkian

DÜNYA

24 Noyabr 2026 | 21:21 | Müəllif: Subhan Mahmudov

"Vəziyyətimiz heç də yaxşı deyil" - Pezeşkian

İran prezidenti Məsud Pezeşkian mediada çıxışlarının bəzi hissələrinin kəsilməsini tənqid edərək ölkədəki mövcud durumun yaxşı olmadığını etiraf edib.

Bakıvaxtı.az xəbər verir ki, Pezeşkian bildirib ki, o, yalan vədlər verməyi və ya ölkədə vəziyyətin çox yaxşı olduğunu söyləməyi bacarmır.

“Açığı, vəziyyətimiz heç də yaxşı deyil. Ancaq bu, mövcud durumun öhdəsindən gələ bilməyəcəyimiz anlamına gəlmir”, – deyə prezident qeyd edib.

O, problemlərin birlikdə və əməkdaşlıq şəraitində həll edilə biləcəyini vurğulayıb. Dövlət başçısının sözlərinə görə, ilk növbədə mövcud çətinlikləri etiraf etmək, daha sonra isə onların aradan qaldırılması üçün çalışmaq lazımdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR