Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi Xəzər dənizində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edib.
Bakıvaxtı.az xəbər verir ki, xəbərdarlığa əsasən, bu gündən Xəzər dənizinin akvatoriyasında müşahidə olunan küləkli hava şəraitinin noyabrın 25-dək davam edəcəyi gözlənilir.
Bildirilib ki, noyabrın 25-də gün ərzində şimal-qərb və şimal istiqamətli küləklər əsəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi proqnozlaşdırılır.
Proqnoza görə, dalğanın hündürlüyü ilkin mərhələdə 2,5-3,5 metr, sonrakı inkişafda isə 4-6 metrə çatacaq.
















