• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Məleykə Abbaszadədən BDU rektoru kimi ilk görüş

CƏMİYYƏT

24 Noyabr 2026 | 09:35 | Müəllif: Əli Hüseynov

Məleykə Abbaszadədən BDU rektoru kimi ilk görüş

Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında III yeri tutan universitet komandasının üzvləri ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı rektor tələbələrin təhsildə qazandıqları uğurlarla yanaşı, elmi tədqiqatlara maraq göstərməsini və intellektual müsabiqələrdə fəal iştirakını yüksək qiymətləndirib.

Məleykə Abbaszadə gənclərin Azərbaycan dilini, eləcə də ən azı bir xarici dili mükəmməl bilməsinin vacibliyini vurğulayıb. O, tələbələrin xarici dillərə marağının artırılması ilə bağlı irəli sürülən təkliflərin nəzərdən keçiriləcəyini bildirib.

Rektor tələbələrlə kommunikasiyanın gücləndiriləcəyini, onların təşəbbüslərinə hər zaman açıq olduğunu diqqətə çatdırıb. O, həmçinin universitetdə fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyəti ilə maraqlanıb.

Daha sonra tələbələrin təklifləri dinlənilib. Görüşün sonunda komanda üzvlərinə hədiyyələr təqdim olunub.


Məleykə Abbaszadədən BDU rektoru kimi ilk görüşMəleykə Abbaszadədən BDU rektoru kimi ilk görüş
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026