• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Merts Avropanın Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

DÜNYA

23 Noyabr 2026 | 19:47 | Müəllif: Subhan Mahmudov

Merts Avropanın Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Avropa Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiya ilə danışıqlara hazırdır.

Bakıvaxtı.az  "The Guardian"a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts NATO-nun Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında bildirib.

Merts vurğulayıb ki, Ukraynadakı vəziyyətin nizamlanması ilə yanaşı, Avropanın təhlükəsizliyi ilə bağlı daha geniş məsələlər də nəzərə alınmalıdır.

O, Polşanın hava məkanının bu yaxınlarda pozulmasını, həmçinin Baltik dənizindəki ayrıca insidenti pisləyərək baş verənlərə Finlandiyanın reaksiyasını qeyd edib.

"Polşa bizim tam həmrəyliyimizə arxalana bilər. Və lazım gələrsə, NATO, əlbəttə ki, müttəfiqlərin ərazisinin hər qarışını müdafiə edəcək", - kansler bəyan edib.

Baltik dənizindəki vəziyyətdən danışan Merts tərəflərdən heç birinin eskalasiyada maraqlı olmadığını, regionda sabitlik, təhlükəsizlik və gəmiçilik azadlığının təhlükə altına düşməməli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, NATO daha güclü və daha avropayönümlü alyansın yaradılması üzərində işləyir.

"Biz bunu kimisə təhdid etmək üçün etmirik. Bunu azadlığımızı, təhlükəsizliyimizi və rifahımızı qorumaq üçün edirik", - Merts əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR