• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İraqda İŞİD-in yüksək vəzifəli üzvü öldürüldü

DÜNYA

23 Noyabr 2026 | 13:31 | Müəllif: Gülşən Şərif

İraqda İŞİD-in yüksək vəzifəli üzvü öldürüldü

Diyala əyalətində keçirilən hədəfli əməliyyatda İŞİD qruplaşmasının yüksək rütbəli komandiri öldürülüb.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İraq Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı baş verən silahlı toqquşmada “Xəttab Cəzirə” ləqəbli yaraqlı öldürülüb, bir neçə terrorçu isə yaralanaraq qaçıb.

Öldürülən şəxs Diyala əyalətindəki qrupun şəbəkəsində bir neçə rəhbər vəzifə tutub. O, həmçinin İraq təhlükəsizlik qüvvələrinin və əl-Həşd əş-Şabi milislərinin mövqelərinə hücumlarda, eləcə də təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq edən vətəndaşların qətlə yetirilməsində iştirak edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026