• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İraq neft qaçaqmalçılığı ilə bağlı həbslərə başlayır

DÜNYA

22 Noyabr 2026 | 22:08 | Müəllif: Zeynəb Rzayeva

İraq neft qaçaqmalçılığı ilə bağlı həbslərə başlayır

İraqın Ali Məhkəmə Şurası ölkədə mütəşəkkil şəkildə xam neft qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən bir nəfərin, eləcə də Enerji Polisi əməkdaşlarının bir neçəsinin saxlanılması barədə qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İraqın Ali Məhkəmə Şurasının yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, qərar Zikar Apellyasiya Məhkəməsinin əraziyə baxışı zamanı Zikar və Bəsrə vilayətləri arasında yerləşən neft kəmərində qanunsuz müdaxilə və xəttin deşilməsi faktının aşkar edilməsindən sonra verilib.

Xatırladaq ki, İraq hökuməti bu ay neft qaçaqmalçılığına qarşı genişmiqyaslı mübarizəyə başlayıb. Buna səbəb sızdırılmış hesabatda İranla əlaqəli silahlı qruplar da daxil olmaqla, bir neçə qrupun neft qaçaqmalçılığı ilə məşğul olduğunun üzə çıxarılması olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026