• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Hörmüz boğazında ABŞ-nin kəşfiyyat-zərbə dronu vurulub - SEPAH

DÜNYA

22 Noyabr 2026 | 12:40 | Müəllif: Günəş Mərd

Hörmüz boğazında ABŞ-nin kəşfiyyat-zərbə dronu vurulub - SEPAH

Hörmüz boğazının şərqində ABŞ-yə məxsus 20-ci MQ-1 kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı (PUA) vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən "Tasnim" agentliyi məlumat yayıb.

"Bir neçə dəqiqə əvvəl SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə bölmələrinin döyüşçüləri ABŞ-yə məxsus MQ-1 tipli, ER (Extended Range) versiyalı 20-ci müasir kəşfiyyat-zərbə PUA-sını Hörmüz boğazının şərqində dəqiq atəşlə vuraraq məhv ediblər", - məlumatda deyilir.

SEPAH-dan bildirilib ki, bu, son 24 saat ərzində hücumundan müdafiə sistemləri tərəfindən vurulan ABŞ ordusuna məxsus dördüncü kəşfiyyat-zərbə dronudur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026