• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

ABŞ-də quş qripindən ölüm faktı qeydə alınıb

DÜNYA

24 Noyabr 2026 | 22:47 | Müəllif: Subhan Mahmudov

ABŞ-də quş qripindən ölüm faktı qeydə alınıb

ABŞ-nin Vaşinqton ştatında insanların A(H5) quş qripi virusuna laboratoriya tərəfindən təsdiqlənmiş 3 yoluxma halı qeydə alınıb, onlardan biri ölümlə nəticələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ABŞ hakimiyyəti 2026-cı il oktyabrın 16-dan noyabrın 4-nə olan dövrdə baş vermiş yoluxma halları barədə ÜST-ə məlumat verib.

Qeyd olunub ki, bu, yoluxmuş mal-qara və ya onunla əlaqəli mühitlə təmas nəticəsində insan ölümü ilə nəticələnən ilk haldır.

Xəstələnən hər üç şəxs əvvəllər iribuynuzlu mal-qarada yüksək patogenli A(H5N1) quş qripi virusunun aşkar edildiyi Yakima dairəsindəki süd fermalarının işçiləridir.

Hazırda mütəxəssislər yoluxma şəraitini müəyyənləşdirməyə və xəstələrlə təmasda olanların müayinəsini davam etdirirlər. Virusun insandan insana ötürülməsinə dair sübutlar hələ aşkarlanmayıb.

ÜST ümumilikdə əhali üçün A(H5N1) virusuna yoluxma riskini aşağı, peşə fəaliyyətinə görə virusla təmasda olan şəxslər üçün isə aşağı və ya mülayim kimi qiymətləndirir.

Təşkilatdan vurğulanıb ki, yeni məlumatlar daxil olduqca risklərin qiymətləndirilməsinə yenidən baxıla bilər.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR