• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Oğlum məmurdur, imkan vermərəm oxusun" - Ağadadaş Ağayev

ŞOU

24 Noyabr 2026 | 20:04 | Müəllif: Subhan Mahmudov

"Oğlum məmurdur, imkan vermərəm oxusun" - Ağadadaş Ağayev

Xalq artisti Ağadadaş Ağayev övladlarının müğənni olmasını istəmədiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. O, bildirib ki, oğlu Səbuhi vaxtilə onun tələbəsi olub və dörd il ona dərs deyib:

"Beş nəvəm var. Oğlum tələbəm olub. Dörd il dərs demişəm. Səbuhinin gözəl səsi var. Dövlət məmurudur. O vaxt toylara gedirdi, sonra dedi ki, məmur olmaq istəyirəm. Dedim, əvvəl demişdim, dinləmədin. İndi get, məmur ol, müğənnilik çətin yoldur.

İstəmədim uşaqlarım müğənni olsun. Sənət yolum çətin olub, övladlarımın bunu yaşamasını istəmərəm. Medalın iki üzü olduğu kimi, bizim işimizin də çətin və asan tərəfi var. Bir oğul nəvəm var, adı Ağadadaşdır. Ömrüm olsun, onu da qoymaram oxumağa. Ağadadaş bir dənə olar". (Axşam.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR