• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Boçorişvili Fəxri Xiyabanda

SİYASƏT

24 Noyabr 2026 | 17:47 | Müəllif: Əli Hüseynov

Boçorişvili Fəxri Xiyabanda

Azərbaycanda səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili noyabrın 24-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, qonaq Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Sonra Şəhidlər xiyabanına gələn Maka Boçorişvili Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.


Boçorişvili Fəxri XiyabandaBoçorişvili Fəxri XiyabandaBoçorişvili Fəxri XiyabandaBoçorişvili Fəxri Xiyabanda
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR