Yardımlı rayonunda dünən meyiti taplılan məktəblinin çayda boğulduğu məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, noyabrın 24-də saat 20 radələrində Gendərə kənd sakini 2019-cu il təvəllüdlü Ə.Qurbanlı kəndin ərazisindən keçən çaya düşərək boğulub.
Ə.Qurbanlının meyiti sudan çıxarılıb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
***
23:14 (24 noyabr)
Yardımlıda məktəblinin meyiti tapılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Gendərə kəndində baş verib.
Belə ki, ikinci sinif şagirdi Ə.Q. məktəbdən evə qayıtmayıb. Onun evə gəlmədiyini görən anası əvvəlcə uşağın babasıgilə getdiyini düşünüb. Lakin axtarışlar zamanı məktəblinin meyiti kənddəki körpünün altında aşkarlanıb.
İlkin ehtimala görə, Ə.Q. körpüdən yıxılaraq ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini araşdırır./report
















