• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Marqus Tsaxna Azərbaycana gəlir

SİYASƏT

26 Noyabr 2026 | 17:08 | Müəllif: Günəş Mərd

Marqus Tsaxna Azərbaycana gəlir

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna noyabrın 27-də Bakıya səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.

Bildirilib ki, Marqus Tsaxna səfər çərçivəsində Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışında iştirak edəcək. O, dövlət rəsmiləri ilə görüşəcək.

Görüşlərdə ikitərəfli əməkdaşlığın, xüsusilə biznes, innovasiya və rəqəmsal hökumət sahələrində əlaqələrin dərinləşdirilməsi müzakirə olunacaq. Tərəflər həmçinin Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi, regional və Avropa təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR