Baş nazir Nikol Paşinyan Ermənistanın artıq özünün ölkə sərhədlərini mühafizə edə biləcəyini deyib.
Bakıvaxtı.az xəbər verir ki, Paşinyan bu məsələyə jurnalistlər üçün brifinqdə toxunub.
“Rusiya sərhədçilərinə təşəkkür edirəm, lakin artıq bütün sərhədimizə görə məsuliyyəti öz üzərimizə götürməyin vaxtıdır”, – Paşinyan bildirib.
















