• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İsmayıllıda qəza - Traktor iki hissəyə parçalandı, 4 yaralı var

HADİSƏ

25 Noyabr 2026 | 21:01 | Müəllif: Subhan Mahmudov

İsmayıllıda qəza - Traktor iki hissəyə parçalandı, 4 yaralı var

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, qəza rayonun Topçu kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “BYD” markalı minik avtomobili yol kənarında dayanmış traktora çırpılıb.

Güclü zərbənin təsirindən traktor iki yerə bölünüb. Hadisə nəticəsində 4 nəfər xəsarət alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

İlkin məlumata görə, həkim müayinəsindən sonra xəsarət alan şəxslərə ambulator tibbi yardım göstərilib və onlar evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır./“Qafqazinfo”


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR