• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Prezidentdən Hikmət Çətinin ailəsinə başsağlığı

SİYASƏT

25 Noyabr 2026 | 15:04 | Müəllif: Əli Hüseynov

Prezidentdən Hikmət Çətinin ailəsinə başsağlığı

Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, məktubda deyilir:

    "Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

    Hikmət Çətin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin inkişafına, qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə vermişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayacağam.

    Bu ağır anlarda dərdinizə şərik çıxır, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

    Allah rəhmət eləsin!"


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR