• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Sağlamlığınızı "ChatGPT"yə həvalə etməyin!

CƏMİYYƏT

26 Noyabr 2026 | 15:42 | Müəllif: Əli Hüseynov

Sağlamlığınızı "ChatGPT"yə həvalə etməyin!

Süni intellektin tibbi məsləhət üçün istifadəsi ilə əlaqəli ən çox yayılmış təhlükə dərmanların həddindən artıq dozasıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa Dərman Təhlükəsizliyi Agentliyi (ANSM) məlumat yayıb. 

Bildirilir ki, Fransada 2024-cü ildən bəri süni intellekt məsləhətləri ilə bağlı səkkiz mənfi reaksiya halı qeydə alınıb. Onlardan biri xəstəxanaya yerləşdirilib. 

Agentliyin məlumatına görə, qeydə alınan hadisələr arasında süni intellektlə məsləhətləşmələrdən sonra parasetamolun həddindən artıq dozasının iki halı da var. Səhvlər həmçinin antibiotiklər və allergiya əleyhinə dərmanlarla bağlı olub. 

ANSM xəbərdarlıq edib ki, süni intellekt fərdi xəstələr üçün qeyri-dəqiq, ziddiyyətli və ya uyğunsuz məlumat verə bilər.  

Agentlik insanları "chatbot" məsləhətlərinə əsasən dozaları dəyişdirməməyə və ya təyin olunmuş dərmanları dayandırmamağa çağırıb. Mütəxəssislər süni intellektin səhiyyə işçisi ilə məsləhətləşməni əvəz edə bilməyəcəyini vurğulayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026