• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

26 Noyabr 2026 | 11:11 | Müəllif: Günəş Mərd

Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı AÇIQLAMA

“Yeni rektor Məleykə xanıma əlimizdən gələn köməkliyi edəcəyik”.

Keçmiş təhsil naziri, BDU-nun Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri Misir Mərdanov bunu Bakıvaxtı.az-a açıqlamasında deyib.

O bildirib ki, yeni rektorun təyinatına hörmətlə yanaşırlar və onun fəaliyyətinin müsbət nəticələr verəcəyinə inanırlar:

“Təyinata hörmətlə yanaşırıq. Düşünürəm ki, hər şey daha yaxşı olacaq. Yeni rektor Məleykə xanıma əlimizdən gələn köməkliyi edəcəyik”.

Qeyd edək ki, Məleykə Abbaszadə noybarın 19-da  Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Günəş Mərd 
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026