Giza qubernatorluğunda neft məhsulları daşıyan yük maşınının iştirakı ilə qəza baş verib.
Bakıvaxtı.az xəbər verir ki, baş verən qəza İmbabanın Əl-Varaq rayonunda böyük yanğına səbəb olub.
Misir Səhiyyə Nazirliyinin məlumatına görə, 21 nəfər ölüb, 15 nəfər yaralanıb.
Xilasetmə əməliyyatına 39 təcili yardım maşını cəlb edilib. Yaralılar xəstəxanalara aparılıb.
















