• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Stiv Solvet: "Barselona"ya məğlub olsaq, sağollaşıb gedəcəyəm"

İDMAN

25 Noyabr 2026 | 14:33 | Müəllif: Əli Hüseynov

Stiv Solvet: "Barselona"ya məğlub olsaq, sağollaşıb gedəcəyəm"

"Sabah"ın müdafiəçisi Stiv Solvet "Barselona" ilə oyundan sonra rəqib futbolçulardan forma almaq istəmədiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, fransalı futbolçu bu barədə "L"Équipe" nəşrinə açıqlamasında danışıb.

30 yaşlı müdafiəçi məğlubiyyətlə barışmağın onun üçün çətin olduğunu vurğulayıb:

"Belə şeylərə çox həvəsim yoxdur. Məğlub olsam, qətiyyən forma istəməyəcəyəm. Azarkeşlərlə sağollaşıb gedəcəyəm. Məğlubiyyətlə barışa bilməyən adamam".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Sabah" - "Barselona" oyunu bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR