• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Almaniya kanslerinin reytinqi çökdü

DÜNYA

25 Noyabr 2026 | 12:46 | Müəllif: Gülşən Şərif

Almaniya kanslerinin reytinqi çökdü

Almanların təxminən 90 faizi kansler Fridrix Mertsin işindən narazıdır.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu, Forsa sosioloji institutu tərəfindən aparılan sorğuda əksini tapıb.

Sorğunun nəticələrinə görə, almanların 88 faizi Mertsin işindən narazılığını bildirib ki, bu da bir həftə əvvəlkindən 2 faiz çoxdur. Hətta kanslerin rəhbərlik etdiyi mühafizəkar CDU/CSU alyansının tərəfdarları arasında da respondentlərin 60 faizi Mertsin fəaliyyətindən məmnun deyil.

Ümumilikdə respondentlərin yalnız 11 faizi kanslerin fəaliyyətindən məmnun olduqlarını bildiriblər.

Sorğu 2500 seçici arasında aparılıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026