• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Giləzi-Quşçuluq” kompleksinin direktoru həbs edildi

SİYASƏT

25 Noyabr 2026 | 09:21 | Müəllif: Əli Hüseynov

“Giləzi-Quşçuluq” kompleksinin direktoru həbs edildi

Binəqədi Rayon Məhkəməsində “Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-nin direktoru Elşən Usubov, kəsim sexinin rəisi Nazim Məmmədov və “Giləzi Quşçuluq Şirkəti” MMC-nin Müşahidə Şurasının sədri Mahir Mirzəyev barələrində qətimkan tədbirlərinin seçilməsinə dair təqdimatlara baxılıb.

Bakıvaxtı.az Apa-ya istinadən xəbər verir ki, məhkəmənin qərarlarına əsasən, Elşən Usubov barəsində 2 ay 11 gün müddətinə həbs, Nazim Məmmədov və Mahir Mirzəyev barələrində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, istintaq materiallarına əsasən, “Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-nin istehsalat sahəsində yararlılıq müddəti bitmiş, eləcə də istehsal tarixi 24 dekabr 2026-cı il kimi göstərilmiş toyuq əti və dondurulmuş toyuq hissələri aşkar edilib.

Cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-3.2.2, 200-3.2.3 və 308.2-ci maddələri ilə kompleksin direktoru Elşən Usubov, kəsim sexinin rəisi Nazim Məmmədov və “Giləzi Quşçuluq Şirkəti” MMC-nin Müşahidə Şurasının sədri Mahir Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb ediliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026