Ermənistan və Səudiyyə Ərəbistanının xarici siyasət qurumları arasında ilk siyasi məsləhətləşmələr keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, noyabrın 24-də Ər-Riyadda keçirilən görüşdə siyasi və iqtisadi əlaqələrin inkişafı, diplomatik nümayəndəlik səviyyəsinin yüksəldilməsi və qarşılıqlı səfərlərin intensivləşdirilməsi müzakirə olunub.
Tərəflər həmçinin Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparıb, ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Ermənistan və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər 2023-cü ildə qurulub.
















