• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Nazirlər “Sabah”ın oyununda iştirak edəcəklər

CƏMİYYƏT

25 Noyabr 2026 | 13:28 | Müəllif: Günəş Mərd

Nazirlər “Sabah”ın oyununda iştirak edəcəklər

Litvanın xarici işlər naziri Kestutis Budris bu axşam keçiriləcək futbol matçında “Sabah” klubuna azarkeşlik edəcək.

Bakıvaxtı.az xəbər verir ki, nazir bunu Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Kestutis Budris səfər çərçivəsində keçiriləcək futbol qarşılaşmasını futbol diplomatiyasının nümunəsi kimi qiymətləndirib.

O bildirib ki, Litvanın sabiq prezidenti Valdas Adamkus və “Sabah” futbol klubunun iştirakı ilə baş tutacaq tədbirdə Ceyhun Bayramovla birlikdə iştirak edəcək və komandaya dəstək verəcəklər.

“Biz bütün sahələrdə, o cümlədən futbolda da qələbəyə köklənmişik”, – litvalı nazir vurğulayıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026