Litvada 800-ə yaxın azərbaycanlı tələbə ali təhsil alır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budrislə birgə mətbuat konfransında deyib.
Nazir Azərbaycan-Litva münasibətlərində humanitar və turizm sahələrində əməkdaşlıq məsələlərinin də müzakirə olunduğunu bildirib.
Ceyhun Bayramovun sözlərinə görə, son statistikaya əsasən, 800-ə yaxın azərbaycanlı gənc Litvanın aparıcı ali təhsil müəssisələrində təhsil alır.
O, bu amilin iki ölkə arasında münasibətlər baxımından mühüm və vacib komponent olduğunu diqqətə çatdırıb.
Zeynəb Rzayeva
















