Gecə 9 və ya daha çox saat yatmaq ürək-damar xəstəliklərindən vaxtından əvvəl ölüm riskinin artdığını göstərə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı araşdırma "PLOS One" jurnalında dərc olunub.
Alimlər ürək-damar xəstəliyi olan 3287 ABŞ sakininin məlumatlarını təhlil ediblər.
İştirakçılar yuxu müddətinə görə üç qrup olmaqla 6 saata qədər, 7-8 saat və 9 saat və daha çox qrupuna bölünüblər. 15 illik müşahidə dövründə iştirakçıların təxminən yarısı vəfat edib. Onların 17%-i ürək-damar xəstəliklərindən, 33%-i isə digər xəstəliklərdən ölüb.
Araşdırmaya görə, 9 saat və daha çox yatanlarda hər hansı səbəbdən ölüm riski 7-8 saat yatanlarla müqayisədə 51% yüksək olub. Ürək-damar xəstəliklərindən ölüm riski isə 53% daha yüksək olub.
Ən aşağı risk gecə təxminən 6-7 saat yatanlarda müşahidə olunub.
Gülşən Şərif
















