• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Fransalı müdafiəçi Bakıda Fliki qəzəbləndirdi

İDMAN

25 Noyabr 2026 | 13:43 | Müəllif: Əli Hüseynov

Fransalı müdafiəçi Bakıda Fliki qəzəbləndirdi

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda Bakıda “Sabah”ın qonağı olacaq “Barselona”nın düşərgəsində gərginlik baş verib.

Bakıvaxtı.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, hadisə komandanın Bakı Olimpiya Stadionundakı oyunöncəsi məşqi zamanı yaşanıb.

Fransalı sağ cinah müdafiəçisi Jül Kunde məşqə gecikib. Bu da baş məşqçi Hans Flikin qəzəbinə səbəb olub. 

28 yaşlı futbolçu ötən mövsümdə də məşqlərə vaxtdından gec qatıldığı üçün əsas heyətdəki yerini itirmişdi.

Qeyd edək ki, “Sabah” - “Barselona” qarşılaşması bu gün saat 21:45-də start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026