• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

David Tonoyana qarşı yeni cinayət işi açılıb

DÜNYA

25 Noyabr 2026 | 15:59 | Müəllif: Əli Hüseynov

David Tonoyana qarşı yeni cinayət işi açılıb

Ermənistanın sabiq müdafiə naziri David Tonoyana qarşı daha bir cinayət işi üzrə ittiham irəli sürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Armenia Today” nəşri məhkəmə-hüquq informasiya sistemi “Datalex”in məlumatlarına istinadən xəbər yayıb.

    Məlumata görə, Tonoyan və Ermənistan Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi Norayr Yolçyan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar. İttihama əsasən, bu əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub. Yolçyanın Tonoyana həmin əməldə kömək etdiyi bildirilir.

    Cinayət işi noyabrın 24-də məhkəməyə daxil olub və hakim Aram Qriqoryana həvalə edilib. Hər iki təqsirləndirilən şəxs barəsində ölkədən çıxış qadağası və girov qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, Tonoyan 2021-ci ilin sentyabrında yararsız aviasiya sursatlarının alınması ilə bağlı başqa bir cinayət işi üzrə həbs edilmişdi. O, 2024-cü ilin avqustunda girov müqabilində azadlığa buraxılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR