• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Qadınlar olmadan cəmiyyətin inkişafı mümkün deyil"

CƏMİYYƏT

25 Noyabr 2026 | 15:28 | Müəllif: Günəş Mərd

"Qadınlar olmadan cəmiyyətin inkişafı mümkün deyil"

“Cəmiyyətin inkişafı, irəliyə getməsi və potensialının artırılması qadınların iştirakı olmadan mümkün deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov 25 noyabr – Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Beynəlxalq Mübarizə Günü münasibətilə keçirilən konfransda deyib.

O bildirib ki, müasir dövrdə qadının cəmiyyətdəki sosial rolunun əhəmiyyətli dərəcədə dəyişməsi Azərbaycan cəmiyyətini gender məsələləri baxımından qlobal proseslərə yaxınlaşdırır.

Əli Əhmədovun sözlərinə görə, milli dəyərlərlə qadının cəmiyyətdə formalaşan yeni rolu arasında müəyyən ziddiyyətlərin yaranması ehtimalı da mövcuddur. Bu ziddiyyətlərin aradan qaldırılması zorakılığın qarşısının alınmasında mühüm vasitələrdən biri ola bilər.

Sədr müavini qeyd edib ki, qadınların ictimai həyatda iştirakı həm cəmiyyətin inkişafı, həm də ailə və ailə dəyərlərinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir.

O xatırladıb ki, Prezident İlham Əliyev dəfələrlə milli dəyərlərin qorunması və möhkəmləndirilməsi ilə bağlı çağırışlar edib. Bu istiqamətdə atılan addımlar qadına hörmət və qayğının artırılması, eləcə də qadınların ictimai həyatda daha fəal iştirak etməsi üçün imkanların yaradılmasını əhatə edir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR