Avropa İttifaqı münaqişə başlayandan bəri Ukraynaya 235 milyard avro yardım edib, lakin bu məbləğ yetərli deyil.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib.
O bildirib ki, Ukrayna 2026-2027-ci illər proqramı çərçivəsində 90 milyard avro alsa belə, gələn il 70 milyard avroluq maliyyə çatışmazlığı ilə üzləşəcək:
"Avropa Komissiyası Kiyevə əlavə 45 milyard avro ayırmağı təklif edib. Bunun 20 milyard avrosu büdcə dəstəyi, 25 milyard avrosu isə hərbi ehtiyaclar üçündür. Qalan 25 milyard avronun Böyük Britaniya, Norveç, Kanada və Yaponiya daxil olmaqla tərəfdaş ölkələrdən gəlməsi gözlənilir".
Gülşən Şərif
















