• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İlon Mask ABŞ-də hər uşağa “SpaceX”in iki səhmini vəd edib

    SİYASƏT

    26 Noyabr 2026 | 09:04 | Müəllif: Əli Hüseynov

    İlon Mask ABŞ-də hər uşağa “SpaceX”in iki səhmini vəd edib

    İlon Mask ABŞ-də hər bir uşağa “SpaceX” aerokosmik şirkətinin iki səhminin veriləcəyini bildirib.

    Bakıvaxtı.az xəbər verir ki, İlon Mask “X” hesabında ABŞ-də hər bir uşağa “SpaceX” şirkətinin iki səhminin, o cümlədən birinin şirkət tərəfindən və o birinin şəxsən özü tərəfindən veriləcəyini yazıb.

    Oktyabr ayında milyarder vəd etmişdi ki, 2027-ci ildə ABŞ-də hər bir uşağa “SpaceX”in bir səhmini hədiyyə edəcək.

    CNBC telekanalının məlumatına görə, İlon Maska “SpaceX” şirkətinin təxminən 4,8 milyard səhmi məxsusdur. 2025-ci il iyulun 1-nə olan məlumata görə, ABŞ-də 18 yaşına çatmamış uşaqların sayı isə 72 milyon nəfər təşkil edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Noyabr 2026